"Şeyxin şəhadətilə bağlı İmam Zamana..." - Ayətullah Şahrudi

İslamazeri.az-ın “Mehrnews”-a istinadən verdiyi xəbərə əsasən, bu sözləri İranda yaşayan təqlid mərcələrindən olan Ayətullah Şahrudi Ayətullah Nimrin edam olunmasına münasibət bildirərkən deyib.
Ayətullah Şahrudi bu xəbərdən narahat olduğunu deyərək bildirib: “Bu hörmətli alim və Allah yolunda mücahid çoxlu təzyiq, əsirlik və işkəncədən sonra bu super cinayətkar və bölgənin üz qarası olan rejim tərəfindən, şəhid edildi. Bu şəhidin pak qanı narahatçılığa səbəb olsa da, gözəl vədlər də verməkdədir. Bu ruhaninin şəhid edilməsi qaniçən sionist Ali Səud rejiminin tarixin qaranlıqlarına əbədi olaraq həkk edilməsi üçün son addım idi. O ruhaninin pak qanı elə bir tufana səbəb olacaq ki, sonda bu həqiqi şeytan simvolunun məhvi ilə nəticələnəcək".
İslam ümmətinin vəhdət və birliyinin vacibliyindən danışan Ayətullah "Hazırda onun vaxtı gəlib çatıb ki, islam ümməti fərqli düşüncə və səliqələrə malik olsalar da, Peyğəmbərin (s) bayrağı altında cəm olsunlar və İsrail və ABŞ rejiminin bu nümayəndəsinin məhvi üçün ayağa qalxsınlar və əli minlərlə müsəlmanın qanına boyanan bu canilərin əlini şərif məkanların hakimiyyətindən uzaqlaşdırsınlar. Bu rejimin məhv olmasının təkfirçi qrupların da məhvinə səbəb olacağı və islam dünyasını bu müsibətdən nicat verəcəyi gizli deyil" deyə danışıb.
O sözlərinin sonunda deyib: "Mən bu alimin şəhadətini imam Zamana (ə), rəhbərimizə, islam ümmətinə və yaxınlarına təbrik və başsağlığı verirəm və Allahdan öz övliyaları ilə məşhur etməsini diləyirəm.”
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.