haberL haberR

Şimal bölgəsinə yağan güclü yağış daşqınlara yol açdı

Kateqoriya: Hadisə Yayımlama tarixi: 07.05.2015 14:56:22

Güclü yağış nəticəsində Xaçmaz çaylarında suyun səviyyəsi yüksəlib, piyada körpüsü dağılıb
Şimal bölgəsinə yağan güclü yağış çaylarda suyun səviyyəsinin qalxmasına səbəb olub. Xaçmaz rayonu Amsarqışlaq kəndi ərazisindən keçən Ağçay çayının üzərində bələdiyyənin inşa etdiyi piyada körpüsü dağılıb.

 

İslamazeri.az-ın apa-ya istiandən  verdiyi məlumata görə, sel nəticəsində çayda suyun səviyyəsi qalxıb. Bunun nəticəsində kəndlilərin avtomobil yolu kimi istifadə etdiyi Alıc Qışlaq, Qaracik, Aşağı Zeyid, Qədimalı Qışlaq kəndlərinə gedən yol bağlanıb. 

Xaçmaz Suvarma Sistemləri İdarəsinin şöbə müdiri İsmət Hüseynovun  verdiyi məlumata görə, çayda su çox olduğundan hazırda ərazidə texnikanın işləməsi mümkünsüzdür. Onun sözlərinə görə, yarana biləcək təhlükəni aradan qaldırmaq üçün qısa müddətdə əraziyə texnika cəlb olunacaq.

Qeyd edək ki, mayın 5-də şimal bölgəsində bəzi yaşayış məntəqələrinə güclü yağıntının düşməsi nəticəsində çaylarda suyun səviyyəsi 5-12 sm artıb. Xaçmaz rayonu ərazisindən keçən bütün çaylarda suyun səviyyəsi qalxıb, lakin daşqın təhlükəsi yoxdur.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.