Şirvandakı partlayışda 4 nəfəri xilas edən sakin danışdı - FOTO

Partlayış zamanı yaralanan işçilərə ilk kömək edənlərdən biri Elxan Nəhmədov olub. Partlayışdan sonra yanğının davam etdiyi vaxtda özünü təhlükəyə atan gənc bir neçə nəfərin həyatını xilas edib.
Elxan Nəhmədov hadisə ilə bağlı təəssüratlarını AzVision.az-la bölüşüb. O, partlayış səsini eşidən kimi hadisə yerinə getdiyini deyib.
“Mən zavoda daxil olanda hər tərəf alov içində idi. İçəri daxil olmaq mümkün deyildi. Tüstü, duman ətrafı bürümüşdü. Zavoddan qışqırıq səsləri eşidilirdi. Bir təhər içəri daxil ola bildim. Bir neçə nəfər qan içində yerə yıxılmışdı. Onlara kömək edib, çölə çıxardım. Əlimdən gəldiyi qədər zavodda qalan insanlara kömək etdim. 4 nəfəri ölümdən xilas etdim. Elə yaralı var idi ki, çiynimdə daşıyırdım. Yararlıları bir-bir oradan çıxarıb, maşınlara yerləşdirirdik ki, xəstəxanaya aparsınlar”.
E.Nəhmədovun sözlərinə görə, partlayış zamanı silah zavodunda çalışanların çoxu qorxudan şoka düşərək gizlənmişdi: “Yaralılara, içəridə qalanlara yardım etməyə çalışırdım. Bunu bir vətəndaşlıq borcu bilirəm. Onlar da bizim qardaşlarımızdır. Bir azərbaycanlı kimi kimisə darda qoyub qaça bilməzdim. Buna vicdanım yol verməzdi”.
Qeyd edək ki, Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən “Araz” zavodunda baş verən partlayışa görə, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 223.2 (Partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (Səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.