haberL haberR

Şura 200-dək QHT-yə illik maliyyə hesabatları ilə bağlı təlim keçdi

Kateqoriya: Ölkə Yayımlama tarixi: 02.04.2016 10:02:12

Yeni yaradılmış proqramdan istifadə qaydaları ilə bağlı QHT-lər üçün məlumatlandırma” mövzusunda təlimlər keçirilib

İslamazeri.az-a Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “Yeni yaradılmış proqramdan istifadə qaydaları ilə bağlı QHT-lər üçün məlumatlandırma” mövzusunda təlimlər təşkil edib.

Təlimin məqsədi QHT-lərin Maliyyə Nazirliyinə illik maliyyə hesabatlarını elektron qaydada təqdim etməsidir. 

Təlimlər Şirvan Regional QHT-lərin Resurs və Təlim Mərkəzində, Mingəçevir Regional QHT-lərin Resurs Mərkəzində, Quba Regional QHT-lərin Resurs

Mərkəzində, Şəmkir Regional QHT-lərin Resurs Mərkəzində və Qəbələ Regional QHT-lərin Resurs Mərkəzində keçirilib.

200-dək QHT-nin iştirak etdiyi təlimlərdə QHT-lərə kod-parol alınması, hesabatın tərtib edilməsi və göndərilməsi qaydaları izah edilib.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Maliyyə Nazirliyi illik maliyyə hesabatlarının 30 gün müddətində elektron qaydada nazirliyə təqdim edilməsi

barədə QHT-lərə xəbərdarlıq edib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.