haberL haberR

Suriya XİN: “Səud ordusu Suriyaya girərsə...”

Kateqoriya: Dünya Yayımlama tarixi: 06.02.2016 16:26:15

Səudiyyə Ərəbistanının Suriyaya hücum etməyə hazır olması ilə bağlı açıqlamasına rəsmi Dəməşqdən cavab gecikmədi

İslamazeri.az-ın “Əl-Məyadin”-ə istinadən verdiyi xəbərə əsasən, Suriyanın xarici işlər naziri Vəlid Müəllim Səudiyyə Ərəbistanına xəbərdarlıq edib.

 Vəlid Müəllim Səudiyyə Ərəbistanı və Qətərin Suriya böhranının həlli üçün təşkil olunan müzakirələrin nəticəsiz qalmasını istədiklərini vurğulayaraq deyib: “Onlar bu məsələni hədəfə alıblar. Ərəbistan Suriya torpaqlarına daxil olmaq üçün ABŞ-ın razılığını əldə etmək istəyir. Görünür ki, onlar bizim döyüş meydanında terrorçuları məğlub etməyimizə görə  məyus olublar. Bu səbəbdən də, onlar birbaşa müdaxilə etmək niyyətindədirlər".

Suriya XİN rəhbəri Səudiyyəyə Suriyaya hərbi güc yeridəcəyi təqdirdə. bunun nəticəsinin ağır olacağını xatırladaraq "Səudiyyə ordusunu Suriyaya daxil etsə, öz əsgərlərini tabutlarla geri qaytaracağıq. Siyasi yollar böhranın həllinə yardım etsə də, son addım terrorçuların tamamilə məhv edilməsidir”, - deyə danışıb.

Qeyd edək ki, Səudiyyə rejimi ötən günlərdə  İŞİD-lə mübarizə üçün Suriyaya ordu göndərmək istədiyini açıqlamışdı. Suriya tərəfinin fikrinə görə isə, Səudiyyə İŞİD-ə qarşı deyil, məhz Suriyadakı bütün terrorçu qüvvələrin məğlubiyyətindən sonra Suriya dövləti və dəstəkçilərinə qarşı müharibəyə birbaşa qatılmaq üçün Suriyaya daxil olmaq istəyir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.