haberL haberR

Tramp: Obama və Klintonun siyasəti İŞİD-in yaranmasına səbəb olub

Kateqoriya: Dünya Yayımlama tarixi: 07.09.2016 16:20:15

"Əgər bizim ölkəyə normal liderlər başçılıq etsəydilər..."

İslamazeri.az-ın "SANA"-ya istinadən verdiyi xəbərə əsasən, ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd olan Donald Tramp yenidən təsdiqləyib ki, ABŞ prezidenti Barak Obama və daha əvvəl dövlət katibi vəzifəsində çalışmış Hillari Klintonun Yaxın Şərqdə siyasəti və qəbul etdikləri qərarlar İŞİD-in yaranmasına səbəb olub.

Tramp Virciniyada öz tərəfdarları ilə görüşən zaman bildirib: "Əgər bizim ölkəyə normal liderlər başçılıq etsəydilər, heç İŞİD əmələ belə gəlməzdi.", - və əlavə edib ki, terror qruplaşmasının yaranmasına Hillari Klinton və Barak Obamanın pis qərarları və axmaqlıqları səbəb olub.

Bundan sonra namizəd Tramp onun demokrat rəqibi Hillari Klintonun çıxış etdiyi Rusiya Federasiyana nisbətdə olan sərt ritorikanı tənqid edib. O bildirib ki, ABŞ Rusiya ilə münasibətləri yoluna qoymalıdır ki, ümumi qüvvələr ilə İŞİD-i darmadağın etsin.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.