Türkiyə ordusu Suriya ilə sərhədə ABŞ istehsalı raket sistemləri quraşdırıb

İslamazeri.az-ın "CNN Turk" telekanalına istinadən verdiyi xəbərə əsasən, Amerika Reaktiv Yaylım Atəşi Sistemləri (RYAS) "HIMARS" Türkiyənin cənubunda yerləşən Qaziantep əyalətində - Suriya sərhədi rayonunda yerləşdirilib.
Daha əvvəl Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, onun ölkəsi Suriyanın şimalında İŞİD terror təşkilatı ilə daha effektiv mübarizə üçün Suriya sərhədində "HIMARS" sistemlərinin yerləşdirilməsi haqda ABŞ-la razılığa gəlib. RYAS-ın Türkiyədə yerləşdirilməsi hələ may ayında planlaşdırılırdı, lakin sonra ABŞ tərəfi sistemlərin yerləşdirilməsinin avqust ayına keçirilməsi haqda xəbər vermişdi. Hazırda Türkiyə sərhədində yerləşdirilimiş artilleriyanın zərbə məsafəsi 40 kilometrlik maksimal uzaqlığa sahibdir. "HIMARS"-ların maksimal uzaqlığı isə 90 kilometrdir.
Mənbədən verilən məlumata əsasən, ABŞ "HIMARS" RYAS-ları Suriya ilə sərhəddən 30 kilometr uzaqlıqda yerləşən Almatəpə yaşayış məntəqəsi ərazisində yerləşdirib. Məqsəd isə, Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalındakı "Fərat Qalxanı" əməliyyatına dəstəkdir. 50 ABŞ hərbçisi tərəfindən qulluq edilən sistem ötən şənbə günü Suriyanın şimalındakı Rai və əl-Bab rayonlarındakı İŞİD mövqelərinə ilk zərbələri endirib.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.