haberL haberR

"WhatsApp"ın səs-küylü yeniliyi ilə bağlı açıqlama

Kateqoriya: Texnologiya Yayımlama tarixi: 31.08.2016 12:15:14

İstifadəçilər məlumatlarının ötürülməsinə narazılıq ediblər.

Dünyanın ən məşhur mesajlaşma şəbəkəsi "WhatsApp" bir neçə gün əvvəl məlumatlarımızın "Facebook"a ötürülməsi ilə bağlı yenilik edib.

Milli.Az "gazetevatan"a istinadən xəbər verir ki, sosial şəbəkənin sözügedən yeniliyi etirazlara səbəb olub. İstifadəçilər məlumatlarının ötürülməsinə narazılıq ediblər. Nəticədə şirkət məsələ ilə bağlı ilk açıqlama verib.

Şirkət açıqlamasında bildirib ki, istifadəçilərinin məxfiliyi pozulmayacaq, sui-istifadə halları olmayacaq, əksinə, yenilik xidmət keyfiyyətinin artmasına kömək edəcək.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.