Xaricə uçuş bileti olanlara dollar satılır
Kateqoriya: İqtisadiyyat
Yayımlama tarixi: 06.09.2016 17:59:49

Bir neçə günlük fasilədən sonra Heydər Əliyev adına Hava Limanında valyuta satışı bərpa edilib. Fins.az-ın məlumatına görə, hava limanında filialı olan “Bank Silk Vey” dollar satışını bərpa edib. Bankdan verilən məlumata görə, bu gündən etibarən hava limanından xaricə səfər edənlər dollar ala biləcəklər.
Valyuta yalnız xaricə uçanlara satılır - bankın hava limanındakı filiallarından yalnız xaricə uçuş bileti olanlar valyuta ala bilərlər. Daxili uçuşlarla hərəkət edənlərə valyuta satılmır.
Valyutanın satışı limitlədir – xaricə uçuş bileti ilə adambaşına 100 dollar almaq olar. Eyni məbləğdə bankdan avro da almaq mümkündür.
Hazırda “Bank Silk Vey”də, o cümlədən hava limanında da dolların alış qiyməti 1.6360 manat, satış üzrə qiyməti isə 1.7016 manatdır. Avronun alış məzənnəsi 1.8230 manat, satışı isə 1.8968 manat təşkil edir.
Bank sentyabr ayının 2-dən 5-nə kimi hava limanında da xarici valyuta satışını dayandırmışdı. Amma bankdan bunun səbəbi açıqlanmamışdı.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.