haberL haberR

Yeni təmir olunmuş küçə bu hala salındı - FOTOLAR

Kateqoriya: Ölkə Yayımlama tarixi: 07.09.2016 12:47:45

Bakının Nizami rayonu, Naxçıvanski küçəsinin Qara Qarayev prospekti ilə kəsişməsindəki səki daşları sökülüb.

Sözügedən küçə təxminən 3-4 ay bundan əvvəl təmir olunub.

Bu barədə “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli "facebook" hesabında məlumat verib.

Qurumun mətbuat xidmətinin rəhbəri baş verən xoşagəlməz məsələylə bağlı narazılığını bildirib: "Elə bil, düşmən malıdır. Bunu edən insanlar bir şeyi anlamırlar ki, buranın təmiri üçün dövlət büdcəsindən müəyyən məbləğdə vəsait ayrılır. Dövlər büdcəsinin də bir hissəsi vergilər hesabına formalaşır, vətədaşların ödədiyi vergi hesabına. Dövlət əmlakına maddı ziyan vurmaqla həmin insanlar dolayısı ilə özlərinə də ziyan vurmuş olurlar".

Yeni təmir olunmuş küçə bu hala salındı - FOTOLAR

/haberimaj/habergaleri/8E5Q7Z8C7N4Q.JPG
  1. Yeni təmir olunmuş küçə bu hala salındı - FOTOLAR

  2. Yeni təmir olunmuş küçə bu hala salındı - FOTOLAR

  3. Yeni təmir olunmuş küçə bu hala salındı - FOTOLAR

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.