haberL haberR

Yunanıstanda leysan və daşqınlar insan ölümlərinə səbəb oldu

Kateqoriya: Dünya Yayımlama tarixi: 07.09.2016 12:52:16

Son sutka ərzində Yunanıstanın bir çox rayonlarında hava pisləşib.

İslamazeri.az-ın "Skai" telekanalına istinadən verdiyi xəbərə əsasən, şiddətli yağış və güclü küləklər Yunanıstanın qərbində daşqınlara səbəb olub. Peloponnesdə 3 nəfər dünyasını dəyişib.

Son sutka ərzində Yunanıstanın bir çox rayonlarında hava pisləşib, lakin təbii fəlakətin əsas "zərbəsi" qərb və şimal rayonlarına dəyib. Peloponnesdəki Kalamata rayonunda bir neçə kənd su altında qalıb. Əlil qadın Pidima qəsəbəsindəki öz evində həyatını itirib. Qadın yanğınsöndürənlərin onu xilas etməsi üçün onlara zəng edə bilməyib. Bununla yanaşı daha iki nəfərin ölməsi haqda da xəbər verilir.

Regionun meri bildirib ki, suyun səviyyəsi iki metr qalxıb. Yeddi qəsəbə və 80 uşağın olduğu bir tələbə mərkəzi  təcrid edilmiş hesab olunurlar. Uşaqlar üçün heç bir təhlükə yoxdur.

Peloponnesin qərbində sahil boyu ərazidə yerləşən Katakolo şəhəri, Zakintov və Kefaloniya adalarında da qasırğa baş verib. Şiddətli külək ağacları və elektrik xətlərini yerindən çıxarıb. Onlarla işıqfor xarab olub ki, bu da yollarda hərəkətdə xaosa səbəb olub. Peloponnesin mərkəzi hissəsindəki yollar sözün əsl mənasında "çaylara" çevriliblər. Xilasedicilərə maşınlarda köməksiz qalmış insanları evakuasiya etmələrinə, su altında qalmış evlər və maqazinlərdən suyun boşaldılmasına dair yüzlərlə zəng gəlib.

Epirdə - ölkənin şimal-qərbində, yanğınsöndürənlər rumıniyalı turist qadın və iki uşağı su onların maşınını aparan zaman xilas ediblər.

Həmçinin bu gün də Yunanıstanda bütün ölkə ərazisində yağışlar gözlənilir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.